Su basan ərazilərdə təxliyə işləri başlayıb - YENİLƏNİB-VİDEO
Tarix: 2-08-2023, 23:30
Baxılıb: 3 764
Google+ Paylaş
Tumblr Paylaş

Su basan ərazilərdə təxliyə işləri başlayıb - YENİLƏNİB-VİDEO

2-08-2023, 23:30

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması ilə əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib. 
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunublar. 
Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.
23:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində baş verən hadisə ilə bağlı əraziyə yollanıb”.
Bunu Oxu.Az-a açıqlamasında agentliyin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, artıq suyun qarşısı kəsilib:
“Sədrlə yanaşı qurumun tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və aidiyyəti şöbə müdirləri hadisə yerinə ezam olunublar. Yerli istismar idarələri, texnika və işçi qüvvələr əraziyə gediblər. Artıq suyun qarşısı kəsilib. Yuxarı Qarabağ ən böyük iki magistral kanaldan biridir”.
O qeyd edib ki, sabah fəsadlar hesablanacaq və tədbirlər görüləcək.
20:58
Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ