Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Tarix: 3-07-2023, 12:47
Baxılıb: 1 518
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

3-07-2023, 12:47

İyulun 1-də Sumqayıtda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hazırda TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) 4 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 3-ü (1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti stabil olmaqla) Reanimasiya, 1-i (vəziyyəti stabil olmaqla) isə Travmatologiya şöbəsində müalicə alır.

1 nəfər isə iyulun 2-də yaxınlarının iltizamnaməsi ilə digər ixtisaslı tibb müəssisəsinə təxliyə olunub.

Qeyd edək ki, iyulun 1-də Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ