Toy günü FACİƏ: Gəlin öldü
Tarix: 3-05-2023, 23:40
Baxılıb: 2 458
Google+ Paylaş
Tumblr Paylaş

Toy günü FACİƏ: Gəlin öldü

3-05-2023, 23:40

ABŞ-ın Şimali Karolina ştatının Folli-Biç şəhərində gəlin sərxoş sürücü ilə qəzaya düşüb və toy günü dünyasını dəyişib.
AvroMedia.az xəbər verir ki, 25 yaşlı Ceymi Komorski avtomobilini yeni evlənən Arik və Samanta Hatçinsonları daşıyan qolf arabasına çırpıb. Bir neçə saat əvvəl onlar evlənərək çimərlikdə toy ediblər.
Hadisə nəticəsində gəlin yerindəcə keçinib, bəy və daha iki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər çoxlu əməliyyatlar keçirməli və uzun müddət bərpa prosesində olmalıdırlar.
Polis qəzaya səbəb olan Komorskinin sərxoş vəziyyətdə olduğunu və sürət həddini iki dəfədən çox artırdığını bildirib. Həmin şəxs həbs edilib. O, sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur. Ailənin yaxınları Samantanın dəfni və bəyin müalicə xərcləri üçün ianə toplayıb. lent.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ