Bakının Nəsimi rayonu, “Xutor” adlanan ərazidə boru zədələnməsi nəticəsində su küçəyə axır.
Bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb. Sakinlərin paylaşdığı görüntülərdə qeyd edilib ki, partlayan su borusu fərdi çəkilmiş xətt deyil.
Məsələ ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Nəsimi Rayon Sukanal İdarəsinə məlumat verildiyini, tədbir görüləcəyini söyləyib:
“Lakin qeyd etməliyəm ki, görüntülərdə əks olunan fərdi xətdir, kiminsə özü üçün çəkdiyi su borusudur. Mərkəzləşmiş şəbəkə deyil. Çünki mərkəzləşmiş şəbəkə torpağa basdırılır. Asfaltın üstü ilə çəkilən vətəndaşlar tərəfindən primitiv qaydada çəkilən xətdir. İstənilən halda, su itkisinin qarşısını almaq üçün tədbir görüləcək”.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu