Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Əbdülfəttah Sisiyə təqdim edib.
Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib.
E.Poluxov Misirin dövlət başçısına Azərbaycan Prezident İlham Əliyevin salamlarını çatdırıb, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib.
Diplomat Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu söyləyib.
Ə.Sisi Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib, Misir tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu söyləyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb