Rusiyada güclü zəlzələ oldu
Tarix: 3-04-2023, 09:02
Baxılıb: 1 540
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada güclü zəlzələ oldu

3-04-2023, 09:02

Petropavlovsk-Kamçatskidən 48 kilometr aralıda, Kamçatka sahillərində güclü zəlzələ baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, yeraltı təkanların episentri Açinsk körfəzi sularında, 99,5 km dərinlikdə yerləşib. Seysmoloqlar maqnitudanın 6,9 olduğunu müəyyən ediblər. Sunami təhlükəsi yoxdur.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Petropavlovsk-Kamçatski sakinləri bildiriblər ki, binaların divarları titrəyib, pəncərələr cingildəyib, rəflərdən əşyalar düşüb. Xilasedicilər mümkün dağıntıların axtarışı üçün binalara baxış keçirməyə başlayıblar.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının direktoru Danila Çebrov zəlzələlərdən sonra yerli binalardan birinin divarında əmələ gələn böyük çatı göstərən fotonu da dərc edib.

Qeyd edək ki, bir neçə saat əvvəl Papua-Yeni Qvineyada 7,2 bal gücündə güclü zəlzələ qeydə alınıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ