Yol qəzası zamanı ölənlərin sayı açıqlandı
Tarix: 3-02-2023, 09:37
Baxılıb: 1 817
Google+ Paylaş
Tumblr Paylaş

Yol qəzası zamanı ölənlərin sayı açıqlandı

3-02-2023, 09:37

Bərdə rayonunda ağır yol qəzasında ölən və yaralıların adları məlum olub.

Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Ceyhun Arif oğlu Quliyevin idarə etdiyi VAZ-21214 markalı 90 EA 774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü İlkin Məhərrəm oğlu Baxşəliyevin idarə etdiyi “Mersedes Benz” markalı 34 BG 302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və “Mersedes Benz” markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Xalidə İsa qızı Kərəmova 1968-ci il təvəllüdlü Məhərrəm Nüsrət oğlu Baxşəliyev, 1998-ci il təvəllüdlü Məftunə Məhərrəm qızı Baxşəliyeva hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Fəridə Məhərrəm qızı Baxşəliyeva müxtəlif bədən xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı YNDHİ üzrə İstintaq və Təhqiqat şəbəsində araşdırma aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ