Döyüşə can atan ŞƏHİD LEYTENANT ƏLİ BABAYEV-VİDEO-FOTO
Tarix: 14-11-2024, 14:43
Baxılıb: 3 145
Google+ Paylaş
Tumblr Paylaş

Döyüşə can atan ŞƏHİD LEYTENANT ƏLİ BABAYEV-VİDEO-FOTO

14-11-2024, 14:43

Əli Həsən oğlu Babayev 1997-ci il noyabrın 14-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə qəbul edilib.
2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ilin iyul ayında leytenant rütbəsi alıb. Vətən Müharibəsi başlayanda ilk hərbi dəstədə qabağa gedənlərdən olub və müharibənin birinci günü şəhid olub.Bu gün Şəhid Əli Babayevin doğum günündə şəhidin qardaşı Rahib Babayevin təşəbbüsü ilə yaşadığı Danyeri qəsəbəsində şəhidin evinin yanında onun adına inşa olunmuş Bulağın açılışı olmuş və şəhidin ruhuna dualar oxunmuş və ehsan verilmişdir. Naxçıvan MR "Qazilər"təşkilatının sədri, qazilər, deputatlar, Şərur rayon İH-nin nümayəndələri Şəhid Əli Babayevin ad günündə iştirak etmişlər
Xtırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə",  "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.
BilmanİSAQ














скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ