Oğuzun Padar kəndinin örüş torpaqları zəbt olundu - FOTO
Tarix: 12-07-2023, 22:14
Baxılıb: 2 585
Google+ Paylaş
Tumblr Paylaş

Oğuzun Padar kəndinin örüş torpaqları zəbt olundu - FOTO

12-07-2023, 22:14

Oğuz rayonunun Padar kənd sakinlərinin uzun illər istifadə etdikləri örüş sahələri zəbt olunub.
Bu barədə “Report”a kənd sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, kənddə əsas məşğuliyyət növü heyvandarlıq olsa da, örüş torpaqlarının zəbt olunması səbəbindən bununla da məşğul ola bilmirlər.
Kəndlilər deyirlər ki, torpaq islahatı zamanı onlara örüş yeri ayrılsa da, sonradan həmin torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub. Həmin torpaq sahələrinin bir qismi Padar kənd bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahələridir. İcarəyə verilən torpaqlar isə kəndlilərə məxsusdur. Həmin torpaq sahələrinin 110 hektarı hazırda sakinlər tərəfindən heyvandarlıq üçün istifadə olunur. Qalan 176 hektar torpaq sahəsi isə müxtəlif təyinatlarla icarədarlara verilib.
Kənd sakinləri söyləyiblər ki, bu ərazilər onların örüş sahələridir:
“Bura bizim örüş sahələrimizdir. Gəlib zəbt ediblər, hasarlayıblar, kanal qazıblar, camaat pis gündədir. Mənim əvvəllər iribuynuzlu mal-qaram olub, hazırda yoxdur. Səbəbi də örüş yerlərinin olmamasıdır. Ona görə də malı satmışam”.
Padar kəndində vəziyyət o həddə çatıb ki, maldarlıqla məşğul olan kəndlilər mal-qarasını satmaq məcburiyyətində qalırlar. Naxıra hazırda 1 500 baş iribuynuzlu heyvan çıxarılmalı olduğu halda bundan yalnız 800-900 baş heyvan otlaqlara çıxarılır.
Padar kəndində yaşanan problemlə bağlı kənd bələdiyyəsinin sədri Rəşid Səfərov bildirib ki, kənddə 286 ha kollu və təmiz örüş sahəsi var:
“2017-2020-ci illərdə 96 hektarı 15 il müddətinə icarəyə verilib. Qalan örüş sahələri isə qalmaqdadır və heyvanların otarılması üçün istifadə olunur. İcarəyə verilən örüş sahələrində taxıl əkildiyi üçün dəfələrlə bələdiyyə tərəfindən torpaq şöbəsinə müraciət olunub və hər il torpaq şöbəsi onlara cərimə tətbiq edib. Hər icarədar torpaqdan düzgün istifadə etmədiyinə görə 500 manat cərimə olunub”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ