Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür
Tarix: 22-03-2024, 10:42
Baxılıb: 2 668
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür

22-03-2024, 10:42

Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür. Onun doğumundan 91 il keçir.
AvroMedia.az xatırladır ki, Rübabə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. O çox qısa müddətlik də olsa, Sabirabad Dövlət Dram Teatrında çalışıb. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.
1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinifində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub. O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinifində təhsil alıb. 1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni karyerasında böyük uğurlar qazanıb.
Bəstəkarlar istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun. O isə hər mahnını bəyənməzdi, ürəyinə yatanı seçib oxuyardı. İndi o mahnıların hamısı “Qızıl Fond”da və Dövlət Səs Yazıları Arxivində saxlanılır. Amma xanəndənin qeyri-adi, qəlblərə işləyən səsi Azərbaycan musiqisi yaşadıqca təkcə lent yazılarının deyil, xalqın yaddaşında yaşayır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ