"Torpağı Vətən edənlər" kitabı təqdim olundu
Tarix: 26-07-2023, 18:48
Baxılıb: 1 157
Google+ Paylaş
Tumblr Paylaş

"Torpağı Vətən edənlər" kitabı təqdim olundu

26-07-2023, 18:48

Pedoqoq, tərcüməçi, rəssam-heykəltaraş Zahir Məliklinin “Torpağı Vətən edənlər” adlı yeni kitabı işıq üzü görüb.

Kitab I və II Qarabağ müharibələrində şücaətlər göstərən Yardımlı şəhidlərinə həsr olunub.

Qeyd edək ki, Vətən müharibəsinə qədər Qarabağ münaqişəsində Yardımlı 75 şəhid verib. II Qarabağ müharibəsində isə Yardımlı Səfərbərlik Xidmətindən yola salınanlardan 25 nəfər şəhid olub, 120 nəfər yaralanıb. Yaralananlardan 25 nəfərə əlillik təyin olunub.

Vətən müharibəsində Yardımlının ən çox şəhid verən kəndləri isə Zevin və Kürəkçi kəndləridir. Zevin kəndindən 5, Kürəkçidən isə 4 nəfər şəhid olub.

Z.Məliklinin “Torpağı Vətən edənlər” kitabında 37 şəhidimizin döyüş yolundan bəhs olunub.

Kitabda həmçinin 2017-ci ildə şəhid olan əfsanəvi kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun xidmətləri, onunla bağlı xatirələr də yer alıb.

Z.Məliklinin bildirdiyinə görə, müharibənin ağrı-acısı onların da ailəsindən yan keçməyib. Belə ki, müəllifin dayısı oğlu Səyyar Şabiyev I Qarabağ müharibəsi zamanı canını doğma torpaqlarımız ugrunda fəda edib.

Bundan başqa müəllif kitabda Ermənistanın 2022-ci il sentybar təxribatı zamanı şəhid olan 3 şəhidimizdən də bəhs edib.

Qeyd edək ki, Zahir Məlikli “Yerlə göy arasında”, “O və yerdə qalanlar”, “Enmək təhlükəsi” kitablarının müəllifidir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ