Tarix: 8-04-2023, 17:28
Baxılıb: 1 056
GÖYÇƏLİ LOĞMAN
8-04-2023, 17:28
Mahiyyətində xeyir, həqiqət, dürüstlük olan insanların geniş təxəyyülü, idrakı və təsəvvür etmə qabiliyyəti olur. Bəlkə də bu əlamətlər genetikada ilişikli irsiyyət hadisələrindən bir nümunədir.
Göyçəli Loğman da belə şəxsiyyətlərdən biridir.
O şairdir.
O filosofdur.
O Aşıq Ələsgər, Aşıq Alının bilicisidir. Aşıq Ələsgər haqqında yazdığı kitab nəinki bir doktorluq disseetasiyası dəyərindədir, bir İnstitutun bu sahədə işi boydadı.Deməli O alimdir.
O Quran məntiqini qəbul edən, ALLAHI dərk etməyə çalışan mömin bəşər övladıdı.
Türkiyəyə birgə yolçuluq etmişik, hər aftobus dayananda, fasilədən sonra ən gec o minərdi aftobusa, deməli O əhli- kef, bu dünyayla o dünyanın körpülərində, dolaylarındadı.
Başlıcası isə O çox cəsarətli ziyalı, vətənpərvər, Qərbi Azərbsycan, Göyçə həsrətli azərbaycanlıdır.
İndi O akademik, deputat filan olsaydı yubley təbrikləri Bakı küləyi kimi vıyıldayacaqdı... Göz qulağımıza dolacaqdı...
60 illik yubleyin mübarək Göyçəli Hacı Loğman Qorqud
скачать dle 12.1