“GÜLÜSTAN” MÜQAVİLƏSİ
Tarix: 28-01-2023, 23:00
Baxılıb: 1 525
Google+ Paylaş
Tumblr Paylaş

“GÜLÜSTAN” MÜQAVİLƏSİ

28-01-2023, 23:00

HƏSƏNƏLİ  EYVAZLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
                                şair-dramaturq

1813-cü ildəRusiya iləİran arasında
bağlanan bədnam“Gülüstan” müqaviləsi
Azərbaycanıiki yerə parçaladı.

Bu nə damğadır belə tarixlərdə yaşayır,
Bu nə tarixdir belə yaşayır zaman-zaman.
Vuran biləklərimin qüvvəsini azaldıb,
Vətənimi bölübdü, parçalayıb “Gülüstan”

Bir vətən göstərin ki, övladı yoxdur onun,
Bir övlad göstərin ki, Vətənsiz doğulubdu.
Neçə ildir yol gedir ayrılığın karvanı,
Neçə il qan içində millətim boğulubdu.

Torpağım bölünübdü bir kağız parçasıyla,
Bir dəlinin atdığı daşa dönüb “Gülüstan”.
Vətən oğullarının qılıncından qan damıb,
Anaların gözündə yaşa dönüb “Gülüstan”.

Neçə-neçə insanın göz yaşı silinibdi,
Neçə-neçə ölkələr birləşib, qatılıbdı.
Bəs mənim harayımı kimsələr duymur niyə?
Dünyanın qulağı kar, gözləri tutulubdu.

Torpağıma,daşıma elə ox vurulub ki,
Neçə illər keçsə də, sağalmayır yarası.
Harda qalıb görəsən, bəs mənim yarım hanı,
Hələ də itkin düşüb ürəyimin parası?

“Gülüstan”dan başlanan bu yol yaman uzandı
“Türkmənçay”dan başlanan bu yol yamansərtolub.
Torpaqdan pay verilmir kimsələrə hədiyyə,
Bu ayrılıq, bu bölüm millətimə dərd olub.

Sus ey acı fəryadım, sus ey dərdim, möhnətim
Yalvarmaqla darıdan nəsə çıxmayacaqdır.
O tay, bu tay kükrəyib, qalxmalıdır ayağa
Yoxsa ki, dərdimizə kimsə baxmayacaqdır!..
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ