Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlük prosesinə mane olmayacaq.
AvroMedia.Az xəbər verir ki, bu barədə "Politiko" qəzeti dörd diplomata istinadən məlumat yayıb.
Diplomatlardan biri qeyd edib ki, AB səfirləri Ukrayna üçün daxili islahatlar planlarını təqdim etdikdən və milli azlıqlar məsələsini həll etdikdən sonra bu həftənin sonuna qədər Ukrayna və Moldova üçün ilk danışıqlar klasterinin açılması ilə bağlı işləri yekunlaşdıracaqlar.
Nəşrin mənbələrinə görə, ilk danışıqlar klasterinin açılışı ilkin olaraq 15 iyunda Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans üçün planlaşdırılıb.
Adı açıqlanmayan Macarıstan rəsmisi bildirib ki, Ukrayna üçün klaster danışıqlarının başlanması ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib. Eyni zamanda vurğulanıb ki, yeni Macarıstan hökuməti Ukraynada yaşayan macarların hüquqları üzrə ukraynalı və macar mütəxəssisləri arasında görüşdən sonra vetonun ləğvinə hazırdır.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb