İsrail Livana hücumlarını davam etdirdiyindən İran bu gün ABŞ ilə bütün əlaqələrini dayandırdığını açıqlayıb.
AvroMedia.Az Təsnim-ə istinadla xəbər verir ki, agentlik qeyd edib:
"İsrailin Livandakı əməliyyatları atəşkəsi pozur, çünki Livan (ABŞ ilə danışıqlarda - red.) şərtlərdən biri idi. İsrail Livandakı işğal olunmuş ərazilərdən çəkilməyincə və Qəzzada əməliyyatları dayandırmayınca heç bir danışıqlar aparılmayacaq".
Məlumatda qeyd olunur: "İran Hörmüz boğazını tam blokada etməyi planlaşdırır və həmçinin Bab əl-Məndəb boğazında əlavə tədbirləri nəzərdən keçirir".
Agentlik Tehranın ABŞ ilə razılaşmanın 95% uğursuz olduğuna inandığını bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, ABŞ və İran arasında mövcud atəşkəs Livanı da əhatə edir, ona görə də orada atəşkəsin pozulmasının nəticələri olacaq.
O, "X" sosial media platformasında yazıb: "İran və ABŞ arasında atəşkəs, şübhəsiz ki, Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsdir. Bir cəbhədə onu pozmaq bütün cəbhələrdə pozuntudur".
Nazir vurğulayıb ki, İsrail və ABŞ atəşkəsi pozduqlarına görə bu və ya digər şəkildə məsuliyyət daşıyacaqlar.
Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Beyrutdakı "Hizbullah" hədəflərinə zərbə endirməyi əmr etdiyini açıqlayıb. Bundan əlavə, son günlərdə İsrail ordusu Livanın cənubunda Hizbullaha qarşı hücum əməliyyatlarını gücləndirib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb