Dünyanın ən varlı ailələri dollardan uzaqlaşır.
Tarix: 30-05-2026, 17:55
Baxılıb: 8 045
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın ən varlı ailələri dollardan uzaqlaşır.

30-05-2026, 17:55

Dünyanın ən zəngin ailələri ABŞ-nin dövlət borcunun artması və geosiyasi qeyri-sabitlik fonunda dollar aktivlərinə yatırımlarını azaltmağa başlayıblar.

AvroMedia.Az xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının araşdırmasına istinadən "Reuters" məlumat yayıb.

Sorğu 2026-cı ilin birinci rübündə bankın müştəriləri arasında aparılıb. Araşdırmada iştirak edən ailələrin orta xalis sərvəti təxminən 2,7 milyard dollar təşkil edib.

UBS-in məlumatına görə, respondentlərin təxminən 50 faizi dollardan asılılığı azaltmaq niyyətindədir. Bunun üçün onlar investisiya portfellərini beynəlxalq bazarların səhmləri ilə diversifikasiya etməyi, həmçinin Asiya-Sakit okean regionu və qismən Qərbi Avropaya yatırımlarını artırmağı planlaşdırırlar.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya əsasən ABŞ-dan kənarda fəaliyyət göstərən ailə investisiya ofisləri arasında müşahidə olunur. Bununla belə, dollarlaşmadan uzaqlaşma meyllərinin ilk əlamətləri artıq bəzi amerikalı investorların davranışlarında da görünməyə başlayıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ