Milyarder Ceff Bezosun sahibi olduğu "Blue Origin" şirkətinin "New Glenn" ağır qaldırıcı raketi Floridada keçirilən mühərrik sınağı zamanı partlayıb.
AvroMedia.Az məlumatına görə, hadisə NASA-nın "Spaceflight" portalında yayımlanıb.
Dərc olunmuş görüntülərdə sınaq zamanı baş verən güclü bir partlayış göstərilir. İlkin məlumatlara görə, hadisə yerli vaxtla saat 21:00 radələrində baş verib.
"Blue Origin" şirkəti sınaq zamanı "anomaliya"nın baş verdiyini təsdiqləyib. Şirkət işçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.
Qeyd etmək lazımdır ki, "New Glenn" raketi "SpaceX"in buraxılış vasitələrinə potensial rəqib hesab olunur. "Blue Origin"in ilk buraxılışı 2025-ci ilin yanvar ayında baş tutub.
Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb