İranda 88 gündür davam edən internet məhdudiyyətləri qismən aradan qaldırılmağa başlayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə qlobal internet araşdırma portalı “NetBlocks” özünün rəsmi “X” hesabında məlumat yayıb.
“Təsdiqləndi: Operativ göstəricilərimiz 88 günlük – 2093 saatlıq tam kəsintidən sonra İranda beynəlxalq internet əlaqəsinin qismən bərpa olunduğunu qeydə alıb. Bu, müasir tarixdə ən uzun müddət davam edən ümumölkə internet kəsintisidir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu bərpa prosesindən bir gün öncə İran Prezidenti Məsud Pezeşkiyan növbəti 24 saat ərzində ölkədə qlobal şəbəkəyə çıxışın təmin edilməsi barədə xüsusi fərman imzalamışdı. Dövlət başçısı bəyan etmişdi ki, rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi artıq lazımi sərəncamları verib və “prosesə start verilib”.
Xatırladaq ki, İranda iki aydan çox davam edən rəqəmsal blokada ölkə daxilində və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunurdu.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb