“Nuhun gəmisi” fəaliyyətə başlayır.
Tarix: 23-05-2026, 09:04
Baxılıb: 8 042
Google+ Paylaş
Tumblr Paylaş

“Nuhun gəmisi” fəaliyyətə başlayır.

23-05-2026, 09:04

ABŞ-nin Kentukki ştatında “İncil”də təsvir olunan ölçülərə uyğun inşa edilən nəhəng “Nuhun gəmisi” parkı iyulun 7-də fəaliyyətə başlayacaq.
AvroMedia.Az xəbər verir ki, təxminən 100 milyon dollara başa gələn “Ark Encounter” (“Gəmi ilə qarşılaşma”) layihəsinin ilk ilində 1-2 milyon ziyarətçi qəbul edəcəyi gözlənilir.
Uilyamstaun şəhərində yerləşən parkın əsas hissəsini təşkil edən gəmi həm əyləncə, həm də maarifləndirici mərkəz kimi fəaliyyət göstərəcək. Kompleksdə restoran, zoopark və müxtəlif interaktiv sərgilər də yer alacaq.
Məlumata görə, gəminin uzunluğu 155 metr, eni 25 metrdir. Layihənin müəllifləri tikilinin “İncil”də qeyd olunan ölçülərə əsasən hazırlandığını bildirirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ