Bu ilin əvvəlində Ukrayna Silahlı Qüvvələri (USQ - VSU) təxminən 400 kvadrat kilometr ərazini azad edib.
AvroMedia.Az Bloomberg-ə istinadla xəbər verir ki, bu, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatında əks olunub.
Rusiya ordusunun “Starlink” peyk internet terminallarının bağlanmasından sonra Ukrayna qüvvələri Rusiya ordusunun "müvəqqəti, lakin əhəmiyyətli dərəcədə zəifləməsi" ilə 2023-cü ildən bəri ilk dəfə ərazini geri ala biliblər.
Rusiya ordusu Starlink terminallarından hərəkətləri əlaqələndirmək və dronlar atmaq üçün istifadə edib. Bundan əlavə, Kremlin döyüş meydanında əsas rabitə vasitəsi olan “Telegram” mesajlaşma tətbiqini bloklamaq qərarı Rusiya qoşunlarına daha bir zərbə vurub. Lakin agentliyinin hesabatında qeyd edildiyi kimi, mart ayı etibarilə Rusiya cəbhədə əksər döyüş funksiyalarında ümumi üstünlüyü qoruyub saxlaya bilib.
Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey Beskrestnov “Starlink”in itirilməsinin Rusiya ordusu üçün fəlakət olduğunu bildirib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb