Ermənostan Rusiya bazarından məhrum olarsa, gül ixracından əldə etdiyi gəlirin 90%-dən çoxunu itirəcək.
AvroMedia.Az RIA Novosti-yə istinadla xəbər verir ki, "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) mayın 22-də Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.
Agentlik izah edib ki, bu qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.
2025-ci ildə Ermənistan gül ixracından 49,1 milyon dollar qazanıb ki, bunun 46 milyon dolları Rusiyaya göndərilən məhsullardan əldə edilib.
Beləliklə, Rusiya bazarı ötən il Ermənistanın gül satışından əldə etdiyi gəlirin 93,8%-ni təşkil edib.Gül ixracının təxminən 5%-ini (2,3 milyon dollar) Gürcüstan, 1%-ini (514.900 dollar) Qazaxıstan təşkil edib.
BƏƏ (166.700 dollar) və Belarus (61.600 dollar) da daxil olmaqla, digər ölkələr Ermənistandan daha az miqdarda gül idxal ediblər.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb