Ermənistan Fransadan hərbi helikopterlər alacaq
Tarix: 5-05-2026, 20:32
Baxılıb: 7 033
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan Fransadan hərbi helikopterlər alacaq

5-05-2026, 20:32

Ermənistanın Müdafiə Nazirliyi ordunun logistika və mobillik imkanlarını artırmaq məqsədilə Fransanın aparıcı hərbi sənaye şirkətləri ilə yeni müqavilələr imzalayıb.
AvroMedia.Az  “Aysor.am” portalına istinadən xəbər verir ki, sənədlər İrəvanda keçirilən rəsmi görüşlər çərçivəsində bağlanıb.
Əsas müqavilə Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanıb və bu sazişə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterlərinin tədarükü nəzərdə tutulur. Helikopterlərin konkret modeli və sayı hələlik rəsmi olaraq açıqlanmayıb.
Bundan əlavə, nazirlik “SOFEMA Group” şirkəti ilə də ayrıca saziş imzalayıb. Bu müqavilə isə Ermənistan silahlı qüvvələri üçün müasir hərbi geyim və xüsusi təchizatın alınmasını əhatə edir. Bildirilir ki, bu addımlar Ermənistan ordusunun hərbi texniki bazasının modernləşdirilməsi strategiyasının bir hissəsidir.
Xatırladaq ki, son bir il ərzində Fransa Ermənistana “Bastion” zirehli maşınları və “GM200” radiolokasiya sistemləri tədarük edib, həmçinin tərəflər arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilə imzalanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ