Paşinyan Bakıya gəlmək istəyir
Tarix: 4-05-2026, 13:02
Baxılıb: 7 033
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Bakıya gəlmək istəyir

4-05-2026, 13:02

Ermənistanın  Baş naziri Nikol Paşinyan  2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.
AvroMedia.Az  xəbər verir ki, bunu o, İrəvanda Avropa Siyasi Birliyinin sammitində çıxış edərkən bəyan edib.
Baş nazir qeyd edib: "Ümid edirəm ki, 2028-ci ildə ASB sammiti üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı olaraq dəstəkləyiblər".
Paşinyanın sözlərinə görə, ASB sammitləri Ermənistan və Türkiyə rəhbərləri arasında təmaslarda mühüm rol oynayıb:
"Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm Praqada keçirilən ilk ASB sammiti çərçivəsində (2022-ci ilin payızında - red.) baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti ASB sammitində iştirak etmək üçün buradadır (İrəvanda - red.) və Ermənistana səfər edən Türkiyənin ilk vitse-prezidenti olub".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ