Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir.
AvroMedia.Az xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb.
Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr almaq mümkündür.
Məlumata əsasən, təxminən 1 milyon dollar (təxminən 1,7 milyon manat) qarşılığında Monakoda əldə edilə bilən yaşayış sahəsi cəmi 16 kvadratmetrdir. Bu ölçü hətta standart bir hotel otağından da kiçik hesab olunur.Bildirilir ki, knyazlıqda daşınmaz əmlakın orta kvadratmetr qiyməti təxminən 62 min dollar (təxminən 105 min manat) səviyyəsinə yüksəlib. Bu isə Monakoda ev sahibi olmağın artıq yalnız yüksək sərvət sahibləri üçün mümkün olduğunu göstərir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb