Belarus-Polşa sərhədində genişmiqyaslı məhbus mübadiləsi həyata keçirilib.
AvroMedia.Az BelTA-a istinadla xəbər verir ki, mübadilə “5-in 5-ə” formulu əsasında baş tutub və nəticədə ümumilikdə 10 nəfər azad edilib.
Həmin çərçivədə Belarus və Rusiya vətəndaşları, eləcə də bir sıra MDB ölkələrinin vətəndaşları sərbəst buraxılması əvəzində Avropa İttifaqı və digər ölkələrdə saxlanılan şəxslər geri qaytarılıb.
Moldova Prezidenti Maya Sandu qeyd edib ki, mübadilə nəticəsində Rusiya və Belarus tərəfinə Rusiya vətəndaşı Nina Popova və Moldovanın keçmiş xüsusi xidmət rəhbər müavini Aleksandr Balan da təhvil verilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) açıqlamasına görə, azad edilənlər arasında rusiyalı alim Aleksandr Butyagin və Rusiya sülhməramlı kontingentində xidmət edən hərbçinin xanımı da var. Həmin qadın 2025-ci ildə Kişinyov şəhərində saxlanılıb və rüşvət vermə ittihamı ilə məhkum olunub.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb