ABŞ Prezidenti Donald Trampın 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış imkanı qazandıran “Qızıl kart” viza proqramı çərçivəsində yalnız bir əcnəbinin ərizəsi təsdiqlənib.
AvroMedia.Az Associated Press-ə istinadla xəbər verir ki, bu faktı Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik Konqresdəki dinləmə zamanı açıqlayıb.
Onun sözlərinə görə, yüzlərlə əcnəbinin müraciətləri nəzərdən keçirilir. Daxili Təhlükəsizlik Nazirliyi namizədləri son dərəcə dəqiqliklə yoxlayır və onlar sənədlərin emalı üçün 15 min dollar ödəyir.
Ərizələrin qəbuluna 2025-ci ilin dekabrında başlanılıb. Lakin bundan əvvəl bildirilmişdi ki, proqram qeyri-adi qabiliyyətə malik və ya ABŞ-nin maraqları baxımından dəyərli saylan şəxslər üçün nəzərdə tutulan EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etməlidir

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb