İran bu gün hava məkanını qismən yenidən açaraq ölkənin şərq hissəsindən keçən beynəlxalq uçuşlara icazə verib.
AvroMedia.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“Ölkənin hava məkanının şərq hissəsindəki hava marşrutları İran üzərindən tranzit həyata keçirən beynəlxalq uçuşlar üçün açıqdır”, – təşkilatdan bildirilib.
Qeyd olunub ki, bəzi hava limanları da səhər saatlarından fəaliyyətini bərpa edib.
Buna baxmayaraq, uçuş izləmə saytları İran üzərindən keçən beynəlxalq reyslərin hələ də həyata keçirilmədiyini, bir çoxunun isə ölkənin hava məkanından yayınaraq daha uzun marşrutlarla hərəkət etdiyini göstərir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb