Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisi ilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumatları açıqlayıb.
AvroMedia.Az Armenpress-ə istinadla xəbər verir ki, bu dövrdə Azərbaycan ərazisi ilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton mal daşınıb.Azərbaycan ərazisi ilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, habelə Azərbaycandan 9 337 ton yanacaq idxal olunub.
Gömrük xidmətinin məlumatına görə, Azərbaycan ərazisi ilə dəmir yolu ilə ilk tranzit yük daşınması 6 noyabr 2025-ci ildə həyata keçirilib. Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib.
Bundan əlavə, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisi ilə Azərbaycandan Ermənistana 9 337 ton yanacaq idxal olunub. Bunun 5 398 tonunu dizel yanacağı (4,3 milyon ABŞ dolları), 3 939 tonunu isə benzin (2,9 milyon ABŞ dolları) təşkil edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb