Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
AvroMedia.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandar Vuçiç məlumat verib.
"İstehsalını planlaşdırdığımız dronlar ucuz olmasa da, son dərəcə effektivdir. Onlar həm canlı qüvvənin, həm də zirehli texnikanın məhv edilməsi üçün nəzərdə tutulub. Layihə İsrail texnologiyası əsasında reallaşacaq, çünki onlar bu sahədə ən yaxşılardandır. İstehsalı isə 50/50 prinsipi ilə bölüşəcəyik. Beləliklə, biz həm innovativ texnologiyalar əldə edirik, həm də gələcəkdə bu növ texnologiyaları müstəqil yarada biləcək mütəxəssislər yetişdiririk", - deyə Vuçiç "Kobra" xüsusi təyinatlı hərbi polis dəstəsinin yaranma günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.
Qeyd edək ki, daha əvvəl Serbiya KİV-i ölkədə "Yuqoimport" dövlət müdafiə şirkəti və İsrailin "Elbit Systems" şirkətinin iştirakı ilə hərbi dron istehsalına başlanılacağı barədə məlumat yaymışdı.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb