Son sutka ərzində Hörmüz boğazından 20-dən çox kommersiya gəmisi keçib.
AvroMedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, boğazdan keçən gəmilər arasında tankerlər, quru yük gəmiləri və konteyner daşıyan gəmilər olub. Onlardan bəziləri keçid zamanı izləmə qurğularını söndürüb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı paytaxt Tehran da daxil olmaqla bir sıra iri şəhərlər zərbələrə məruz qalıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu buna cavab olaraq genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib.
İran hakimiyyəti isə ABŞ, İsrail və onları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verdiyini açıqlayıb.
Aprelin 11-də İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə raund danışıqlar keçirilib. Danışıqlarda İran tərəfinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tərəflər sonradan uzunmüddətli razılaşma ilə bağlı ortaq məxrəcə gələ bilmədiklərini açıqlayıblar.
Bildirilib ki, ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib.Teleqraf

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb