Florida dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın "The Wall Street Journal" nəşrinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiasını rədd edib.
AvroMedia.Az xəbər verir ki, iddia 2025-ci ilin iyul ayında WSJ-də Trampın cinsi cinayətkar kimi məhkum edilmiş maliyyəçi Ceffri Epşteynə verdiyi iddia edilən bir açıqca haqqında dərc olunmuş xəbərlə bağlıdır.
2025-ci ilin sentyabr ayında ABŞ Nümayəndələr Palatasının Demokrat üzvləri açıqcanın fotoşəkili yayımlandı. Onun üzərində çılpaq bir qadının kobud silueti təsvir edilmiş və üzərində "Ceffri" və "Donald" arasında dialoq yazılmışdı. Yazı "Ad günün mübarək - və hər gün yeni, gözəl bir sirr olsun" ifadəsi ilə bitir.
WSJ-nin açıqca haqqında məqaləsində, digər şeylərlə yanaşı, Trampın onu Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəməyə verməklə hədələdiyi vurğulanırdı.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb