ABŞ prezidenti Donald Tramp İranla bağlı yenicə verdiyi açıqlamasında Vaşinqtonu bu müharibənin qalibi elan edib.
AvroMedia.Az xəbər verir ki, Tramp bildirib ki, İranın hərbi imkanları ciddi şəkildə sıradan çıxarılıb.
Onun sözlərinə görə, İranın donanması, hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri məhv edilib, radarları fəaliyyət göstərmir, raket və pilotsuz aparat istehsalı ilə bağlı infrastrukturlar isə demək olar ki, dağıdılıb. Donald Tramp həmçinin İranın uzun illər ölkəyə rəhbərlik etmiş bəzi əsas fiqurlarının artıq həyatda olmadığını qeyd edib və açıqlamasını “Allaha şükür” ifadəsi ilə tamamlayıb.
Bu bəyanat ABŞ və İran arasında İslamabad şəhərində davam edən danışıqlar fonunda səsləndirilib.
İran tərəfi isə tam əks mövqe sərgiləyir. Rəsmi Tehran və ona yaxın mənbələr bildirirlər ki, müharibədə üstünlük İrana məxsus olub və məhz bu üstünlük nəticəsində ABŞ danışıqlar masasına oturmağa məcbur qalıb.
Hazırda tərəflər arasında həm informasiya müstəvisində, həm də diplomatik səviyyədə qarşılıqlı ziddiyyətli bəyanatlar davam edir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb