ABŞ və İsrailin kütləvi hücumlarından sonra İranın arsenalında hələ də zədələnmiş və ya gizli buraxılış qurğularını yenidən işə salmaqla istifadə edə biləcəyi minlərlə ballistik raketi var.
AvroMedia.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb.
ABŞ müdafiə naziri Pit Haqset jurnalistlərə İranın raket proqramının, buraxılış qurğularının və raketlərinin "tükəndiyini, məhv edildiyini " söyləsə də, nəşrin məlumatına görə, bəzi ABŞ rəsmiləri İranın hərbi əməliyyatların dayandırılmasından raket arsenalının bir hissəsini bərpa etmək üçün istifadə edəcəyindən narahatlıqlarını ifadə ediblər.
ABŞ rəsmilərinin sözlərinə görə, İran müharibədən əvvəlki hücum dronları arsenalının yarısından azına malikdir, lakin Rusiyadan yeni sistemlər ala bilər. İranda hələ də Fars körfəzindəki gəmilərə və ya danışıqlar uğursuz olarsa, adaları ələ keçirməyə çalışan ABŞ qüvvələrinə hücum etmək üçün istifadə edilə bilən qanadlı raket ehtiyatı var."İranlılar innovasiya və sürətli dayanıqlılıq üçün təsirli bir qabiliyyət nümayiş etdiriblər. Onlar İsrail istisna olmaqla, əksər Yaxın Şərq hərbçilərindən daha qorxulu bir düşməndir", - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki və Yaxın Şərq İnstitutunun siyasət üzrə vitse-prezidenti Kennet Pollak bildirib.
Nəşrin yazdığına görə, İran müharibənin əvvəlində sahib olduğu təxminən 2500 orta mənzilli raketdən 1000-dən çoxunu saxlayır. Qalanları ya istifadə edilib, ya da məhv edilib.
Nəşr qeyd edib ki, İran hazırda yeni raketlər istehsal etmək iqtidarında olmadığını və proqramının bərpa sürətinin Rusiya və ya Çinin köməyindən asılı olacaq.
Məqalədə qeyd olunur ki, İranın gələcək hərbi imkanlarının məhdudlaşdırılması təkcə ABŞ və İsrailin potensial yeni zərbələrindən deyil, həm də sanksiyalardan və ixrac nəzarətindən asılı olacaq. Bu baxımdan, İranın münaqişəyə son qoymaq üçün tələblərindən birinin Tehranla əməkdaşlıq etdiklərinə görə ölkələri cəzalandıran bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi olduğunu xatırlatmaq yerinə düşər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Con Altermanın fikrincə, əsas nəticələrdən biri odur ki, İran əvvəlki imkanlarının yalnız bir hissəsi ilə Fars körfəzində sülhə və təhlükəsizliyə təsir edən dominant oyunçu olaraq qala bilər: “Onların əsas üstünlüyü var: uduzmurlar, qazanırlar və biz isə qazanmadığımız hər gün uduzuruq".

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb