İranın Buşehr şəhərinin sakinlərinə 180 000 yod həbi paylanıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Iran International” Buşehr Tibb Elmləri Universitetinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bu qərarın ölkənin yeganə atom elektrik stansiyasının yerləşdiyi Buşehrdə böhrana hazırlıq planı çərçivəsində həyata keçirildiyi bildirilir. Məlumata görə, yod həblərinin paylanması ilk növbədə atom elektrik stansiyasının ətrafında yaşayan sakinlər üçün nəzərdə tutulsa da, sonradan qərar bütün şəhər sakinlərinə şamil edilib.
Sakinlərə həbləri radiasiya sızması baş verdiyi təqdirdə qəbul etmək tövsiyə olunub.
Bildirilir ki, radiasiya sızması halında radioaktiv yod sərbəst buraxıla, qalxanabənzər vəzi isə yodu asanlıqla uda bilər. Yod həbləri qəbul edildikdə qalxanabənzər vəzi sabit yodla doyur, radioaktiv yodu udma qabiliyyəti azalır və qalxanabənzər vəzinin zədələnmə riski aşağı düşür.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb