İranın 10 maddəlik planı gələcək sülh danışıqları üçün əsas olacaq
AvroMedia.Az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Nazirliyin bəyanatında qeyd olunub ki, Tehranın düşmənlərin yenidən silahlanmasına imkan verəcək atəşkəsə qarşıdır, İranın bölgədəki zərbələri yalnız ABŞ hədəflərinə yönəldilib və üçüncü ölkələrə hücum kimi qəbul edilməməlidir.
İran həm də ABŞ və İsrailin zərbələri nəticəsində dəymiş ziyana görə təzminat tələb edəcək.
"Əgər onlar imtina etsələr, aktivlərini və əmlaklarını müsadirə etməklə bunun əvəzi çıxılacaq". Bunu İranın Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.Onun sözlərinə görə, təzminatı yalnız ABŞ və İsrail deyil, həm də onları dəstəkləyən bütün ölkələr ödənilməlidir.
Hakim İlahi əlavə edib ki, təkcə Tehranda 37.000 ev, eləcə də çoxsaylı xəstəxana və universitet dağıdılıb.
Təzminat bəndi İranın on maddəlik atəşkəs planının bir hissəsidir və Vaşinqton tərəfindən danışıqlar üçün "işçi əsas" kimi qəbul edilib.
Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp 2 həftəlik atəşkəs elan edib. İran Hörmüz boğazını açmağa və müdafiə hücumlarını, ABŞ isə İrana zərbələri dayandırmağa razılaşıb. Pakistanın vasitəçiliyi ilə birbaşa danışıqlar gözlənilir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb