Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Kremldə baş tutan görüşdən sonra bağlı qapılar arxasında sərt söhbət aparılıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz teleqram kanalında adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında görüşdən sonra bağlı qapılar arxasında daha sərt söhbət baş tutub”, - nəşr iddia edib.
Mənbələrin sözlərinə görə, Rusiya tərəfi görüşün nəticələrinə əsasən Paşinyanla hər hansı razılığa gəlməyi qeyri-mümkün hesab edib: “Buna görə də, praktiki addımlar atmaq, o cümlədən Paşinyan hakimiyyəti ilə əlaqəli bütün böyük şirkətlərin, müəssisələrin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək barədə qərar qəbul edilib”.
Xatırladaq ki, Moskvada baş tutan görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkmişdi.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb