“İranın şərtləri qəbul edilməsə, Ali Lider Müctəba Xamenei İslamabad danışıqlarında sazişin imzalanmasına icazə verməyəcək”.
AvroMedia.Az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamenti sədrinin birinci müavini Əli Nikzad danışıb.
“İranın 10 şərti qəbul edilməsə, Ali Lider sazişin imzalanmasına icazə verməyəcək”, - o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında sülh danışıqlarının aprelin 10-da Pakistanın paytaxtı İslamabad şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyi barədə xəbərlər yayılıb.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb