İndi də onlar raket atdı
Tarix: 8-04-2026, 09:36
Baxılıb: 7 032
Google+ Paylaş
Tumblr Paylaş

İndi də onlar raket atdı

8-04-2026, 09:36

Şimali Koreyanın Şərq Dənizinə (Yapon dənizi) naməlum raket buraxdığı bildirilib.
AvriMedia.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birgə Qərargah Rəislərinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, raket buraxılışı səhər saatlarında həyata keçirilib və onun tipi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bir gün əvvəl də Şimali Koreya Pxenyan bölgəsindən naməlum raket buraxmış, lakin buraxılışın uğursuz olduğu və raketin qısa müddət sonra yoxa çıxdığı bildirilmişdi.
Son buraxılışlar regionda artan gərginlik fonunda baş verir. Belə ki, bu ilin əvvəlində iki Koreya arasında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlər münasibətləri daha da gərginləşdirib.
Şimali Koreya yanvarın 10-da Cənubi Koreyanı sərhəddə qəzaya uğrayan PUA vasitəsilə hava məkanını pozmaqda ittiham edib. Buna cavab olaraq, Cənubi Koreya Prezidenti Li Ce Myunq hadisə ilə bağlı araşdırma aparılmasını tapşırıb və baş verənlərdən təəssüfləndiyini bildirib.
Eyni zamanda, Cənubi Koreyada prokurorluq üç nəfərə qarşı Şimali Koreyaya PUA göndərmək ittihamı irəli sürüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ