İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrandakı mühüm nəqliyyat infrastrukturuna qarşı həyata keçirdiyi hava hücumlarını təsdiqləyib.
AvroMedia.Az “Ynet” nəşrinə istinadən xəbər verir ki, Netanyahu hücumların yüksək dəqiqliklə icra olunduğunu və miqyasının getdikcə artacağını bildirib.
Baş nazir hədəf alınan infrastrukturun birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini vurğulayıb:
“Onlar bu körpü və dəmir yollarından silah-sursat istehsalı üçün lazım olan xammalın daşınmasında, həmçinin bizə, ABŞ-yə və region ölkələrinə hücum edən qruplaşmaların logistik təminatında istifadə edirlər”.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) isə son əməliyyatlar barədə məlumat yayaraq, İran ərazisində strateji əhəmiyyətli 8 körpünün vurulduğunu elan edib. Hərbi rəsmilərin bildirdiyinə görə, bu zərbələr SEPAH-ın regiondakı hərbi hərəkətliliyini məhdudlaşdırmaq və təchizat zəncirini qırmaq məqsədi daşıyır.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb