İsraildən Türkiyəyə minnətdarlıq
Tarix: 7-04-2026, 17:26
Baxılıb: 7 031
Google+ Paylaş
Tumblr Paylaş

İsraildən Türkiyəyə minnətdarlıq

7-04-2026, 17:26

İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti  pisləyib.
AvroMedia.Az  xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.

“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ