İran rəhbərliyi ABŞ-nin müharibəyə son qoymaqla bağlı təklifinə rəsmi cavabını vasitəçi tərəf olan Pakistana çatdırıb.
AvroMedia.Az IRNA agentliyinə istinadən xəbər verir ki, İslam Respublikası Vaşinqtonun təşəbbüsünü rədd edərək, münaqişənin müvəqqəti deyil, daimi şəkildə dayandırılmasının vacibliyini vurğulayıb.
Tehranın Pakistana təqdim etdiyi cavab sənədi 10 əsas bənddən ibarətdir. Bu şərtlərə hərbi əməliyyatların tam dayandırılması, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün yeni protokolun yaradılması və İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi daxildir.
Xatırladaq ki, bundan əvvəl “Axios” portalı ABŞ və İranın 45 günlük müvəqqəti atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etdiyini bildirmişdi. Danışıqlarda regional vasitəçilər kimi Pakistan, Misir və Türkiyə də iştirak edir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb