ABŞ-da benzin qiymətləri son illərin ən yüksək səviyyələrindən birinə çatıb.
AvroMedia.Az məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti dörd ildən sonra ilk dəfə olaraq qallon (1 qallon təxminən 3,8 litrə bərabərdir - red.) üçün 4 dollar həddini keçib.
Qiymət artımının əsas səbəblərindən biri kimi qlobal neft bazarındakı dalğalanmalar və Yaxın Şərqdə davam edən gərginlik göstərilir.
Bildirilir ki, xüsusilə ABŞ, İran və İsrail arasında artan qarşıdurma enerji bazarına mənfi təsir edərək qiymətləri yüksəldib.Artım daha çox böyük və sahilyanı ştatlarda hiss olunur. Belə ki, Kaliforniyada benzinin qiyməti qallon üçün 5,90 dollar, Vaşinqtonda 5,10 dollar, Oreqonda 4,70 dollar, Nyu-Yorkda isə 4 dollar səviyyəsinə yüksəlib.
Qiymət artımı gündəlik həyata da təsirsiz ötüşməyib. Bir çox yanacaqdoldurma məntəqələrində nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. ABŞ vətəndaşları artan xərclərə görə avtomobildən daha az istifadə etməyə və alternativ nəqliyyat vasitələrinə üstünlük verməyə başlayıblar.
Yaxın dövrdə qiymətlərin daha da arta biləcəyi barədə xəbərdarlıq edilir, orta göstəricinin qallon üçün 4,50-5 dollar aralığına yüksəlməsi ehtimalı istisna olunmur.
Qeyd edək ki, ABŞ-də benzin qiymətləri sonuncu dəfə 2022-ci ildə qallon üçün 5 dollar səviyyəsinə qədər yüksəlmişdi.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb