Paşinyan Moskvaya səfərini çox uğurlu adlandırıb.
Tarix: 2-04-2026, 13:52
Baxılıb: 7 033
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Moskvaya səfərini çox uğurlu adlandırıb.

2-04-2026, 13:52

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb.
 "Armenpress"in məlumatına görə, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində - mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik. Və mən səfəri çox uğurlu qiymətləndirirəm", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri aprelin 1-də Moskvaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ