Rusiya mütəxəssisləri Ermənistanın dəmir yollarının qonşu ölkələrlə əlaqə quracaq hissələrini tez bir zamanda bərpa edə bilərlər.
AvroMedia.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O xatırladıb ki, 2025-ci ilin dekabr ayında Ermənistan tərəfi "ən yüksək səviyyədə" Rusiyadan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədləri yaxınlığında ümumi uzunluğu 12-13 km olan iki qısa dəmir yolu hissəsinin bərpasını istəyib.
"Bu tələb Rusiyada ən yüksək səviyyədə nəzərdən keçirilib və müsbət cavab verilib. Biz dost Ermənistan xalqını dəstəkləyirik. Bu iki hissənin bərpası ölkəmizin maraqlarına uyğundur və təbii ki, biz müvafiq danışıqlara hazırıq", - Overçuk bildirib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb