Türkiyə və Böyük Britaniya saziş bağlayacaq.
Tarix: 25-03-2026, 18:17
Baxılıb: 7 041
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə və Böyük Britaniya saziş bağlayacaq.

25-03-2026, 18:17

Bu gün Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükü prosesində mühüm addım atacaq. Tərəflər arasında texniki və lojistik dəstəyi nəzərdə tutan müqavilənin imzalanması gözlənilir.

AvroMedia.Az  Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ankarada keçiriləcək görüşdə hər iki ölkənin müdafiə qurumlarının nümayəndələri bir araya gələcək.
İmzalanacaq sənəd "Eurofighter Typhoon" qırıcılarının Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsindən əvvəl lazımi infrastrukturun qurulmasını nəzərdə tutur. Razılaşmaya aşağıdakı bəndlər daxildir:
Texniki servis: Təyyarələrin gələcəkdə Türkiyədə texniki baxışı və təmiri;
Lojistik zəncir: Ehtiyat hissələrin təminatı və təchizat sisteminin qurulması;
Kadr hazırlığı: Türk pilotların və texniki heyətin yeni nəsil qırıcılar üzrə təlim keçməsi.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ