Fars körfəzi ölkələrinin ABŞ-nin İrana qarşı hərbi əməliyyat zamanı onların fikirlərini dinləməməsindən narazıdırlar.
AvroMedia.Az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat verib.
Mənbə hesab edir ki, Yaxın Şərq dövlətlərinin qəzəbi ABŞ Administrasiyasının qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilməmələrindən qaynaqlanır.
"Ərəb dövlətləri Vaşinqtonu İsraili İranın enerji obyektlərinə zərbə endirməkdən çəkindirməyə razı saldıqlarına inanırdılar, lakin bunun əvəzinə ABŞ yəhudi dövlətinin İslam Respublikasındakı Cənubi Pars qaz yatağına hücumunu təsdiqlədi", - deyə qəzetdə qeyd olunub.
Xatırladaq ki, martın 18-də İranın Buşehr əyalətindəki Əsəlluyə rayonunun rəhbəri İsrail və ABŞ-nin zərbəsi nəticəsində Cənubi Pars neft yatağındakı bir neçə obyektdə yanğın baş verdiyini bildirib. Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduğunu açıqlayıb. Daha sonra "Qatar Energy" şirkəti Ras Laffandakı bir obyektin raket hücumuna məruz qaldığını və yanğına səbəb olduğunu bildirib. Qətər Müdafiə Nazirliyi zərbənin İran ərazisindən ballistik raketlə endirildiyini bildirib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb