İraqda hava zərbəsi nəticəsində şiə milis komandiri öldürülüb
Tarix: 24-03-2026, 08:27
Baxılıb: 3 534
Google+ Paylaş
Tumblr Paylaş

İraqda hava zərbəsi nəticəsində şiə milis komandiri öldürülüb

24-03-2026, 08:27

İraqın qərbində yerləşən Ənbar vilayətində şiə silahlı dəstəsi “Əl-Həşd əş-Şaabi”nin komandiri hava zərbəsi nəticəsində həlak olub.
AvroMedia.az xəbər verir ki, bu barədə silahlı qruplaşmanın yaydığı açıqlamada bildirilib. Məlumata əsasən, hadisə Əl-Həbbania şəhəri yaxınlığında qeydə alınıb.
Bildirilir ki, “Əl-Həşd əş-Şaabi”nin Ənbar üzrə komandiri Saad Davayi və onun bir neçə tərəfdarı ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hücum nəticəsində öldürülüb.
Qeyd olunur ki, qruplaşma üzvləri zərbəyə görə ABŞ-ı ittiham edir və İraqın siyasi qüvvələrini ölkənin suverenliyinin pozulmasına münasibətdə aydın mövqe sərgiləməyə çağırıb.
Məlumata görə, hücum nəticəsində ölənlərin dəqiq sayı açıqlanmasa da, bəzi mənbələr ən azı 6 nəfərin həyatını itirdiyini bildirir.
Xatırladaq ki, “Əl-Həşd əş-Şaabi” dəstələri İraqda terror təşkilatı “İslam Dövləti”nə qarşı mübarizə dövründə formalaşıb və hazırda rəsmi olaraq ölkə ordusunun tərkibinə daxildir. ABŞ isə bu qurumu İranla əlaqəli struktur kimi qiymətləndirir.Teleqraf
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ