İranla qonşu olan Körfəz ölkələri arasında Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) digərləri ilə müqayisədə daha çox İranın raket hücumlarına məruz qalır.
AvroMedia.Az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) nəşri məlumat yayıb.
İran rəhbərliyinə yaxın mənbənin nəşrə verdiyi məlumata görə, Tehran Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrin hotellərini, hava limanlarını və digər mülki obyektlərini hədəfə alır.Bu hücumların əsas məqsədi həmin bölgələri ABŞ vətəndaşları üçün təhlükəli məkana çevirməkdir.
Qəzetin həmsöhbəti qeyd edib ki, İranın neftlə zəngin qonşuları artıq "yüksək investisiya riski" ilə üz-üzədirlər.
Mənbənin sözlərinə görə, investorlar bölgəyə sərmayə qoymaqdan çəkinəcəklər:
"Siz İranın yanındasınız və hər an ölkənizin mərkəzinə raket düşə bilər".
Bundan əvvəl "The New York Times" qəzetinə danışan 6 iranlı rəsmi bildirib ki, İranın mərhum ali lideri Əli Xameneyinin planı müharibəni təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri, onların iqtisadiyyatı, turizmi, qlobal energetika və nəqliyyat sektoru üçün hədsiz dərəcədə baha başa gələn bir prosesə çevirmək olub.
Fevralın əvvəlindən ABŞ və İsrailin İrana qarşı əməliyyatları başladıqdan sonra Tehran Körfəz ölkələrindəki obyektləri vurmağa davam edir. Hücumlar, həmçinin bölgədəki ABŞ hərbi bazalarını və ticarət gəmilərini də əhatə edir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb