Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb:
“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb, 1903 binaya kiçik ziyan dəyib. İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi