Şimali Koreya qoşunlarının müharibədə iştirakını təsdiql
Tarix: 28-04-2025, 11:20
Baxılıb: 3 374
Google+ Paylaş
Tumblr Paylaş

Şimali Koreya qoşunlarının müharibədə iştirakını təsdiql

28-04-2025, 11:20

Şimali Koreya ilk dəfə olaraq Ukrayna ilə müharibədə döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Qoşunların göndərilməsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinə uyğun olaraq Şimali Koreya lideri Kim Çen İnin göstərişi əsasında həyata keçirilib. Ukrayna hakimiyyətinin Rusiyaya avantürist işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi əməliyyatları qələbə ilə başa çatıb. KXDR silahlı qüvvələrinin bölmələri dövlət başçısı Kim Çen İnin əmrinə uyğun olaraq əməliyyatlarda iştirak edib”, - qeyd olunub.
Qeyd edək ki, Rusiyanın “Kremlyovskaya Tabakerka” kanalı Kursk vilayətində Şimali Koreyanın 8500 hərbçisinin öldüyünü, 11 min nəfərin isə yaralandığını yazmışdı.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ